Misir və BƏƏ-nin Aralıq dənizində yerləşən neft limanları vahid mərkəzdə birləşdiriləcək.
GDP xəbər verir ki, Misir və BƏƏ hakimiyyətləri Aralıq dənizində neft ticarəti üçün yeni logistik zonanın yaranması ilə bağlı razılığa gəliblər. Tərəflər layihəyə 3 milyard dollara qədər investisiya qoymaq niyyətindədirlər
İki ölkə neft ticarətində tərəfdaşlığı nəzərdə tutan memorandum imzalayıb. BƏƏ-nin Füceyrə bölgəsindəki obyektlərin, eləcə də Misirin Əl-Hamra neft limanının vahid mərkəzdə birləşdirilməsi planlaşdırılır.
Qeyd olunur ki, BƏƏ Misir iqtisadiyyatı üçün mühüm investordur; tərəflər turizm sektorunda fəal əməkdaşlıq edirlər