“Morgan Stanley Səudiyyə Ərəbistanı İnkişaf Fondundan Səudiyyə Ərəbistanı tikinti şirkəti olan Saudi Binladin Group-un səhmlərini alacaq.
GDP xəbər verir ki, bu şirkət Əl Qaidə lideri Usama Bin Ladenin ailəsinə aid olub. Yəməndən Səudiyyə Ərəbistanın Ciddə şəhərinə köç edən Usamanın atası bu şəhərdə bu tikinti şirkətini qurub.
Bu şirkət Məkkədə bir sıra tenderlərin əsas qalibi olub və Səudiyyə Ərəbistanı höküməti ilə geniş əlaqələri olub”