Braziliya Federativ Respublikası ilə kənd təsərrüfatı sahəsində ilk Anlaşma Memorandumunu imzaladıq.
GDP xəbər verir ki, bunu Kənd Təsərrüfatı Naziri məcnun Məmmədov öz sosial şəbəkə hesabında yazıb.
O bildilirb ki, G20 Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində həmkarım Carlos Favaro ilə keçirilmiş ikitərəfli görüş nəticəsində kənd təsərrüfatı sahəsində imzalanmış memorandum ölkələrarası mövcud dostluq əlaqələrini daha da genişləndirməsinə xidmət edəcək.
Nazirin sözlərinə görə,memorandum özündə elmi və texnoloji yeniliklərin, ekspertlərin, mütəxəssislərin mübadiləsini, birgə müəssisələrin, investisiyaların və digər əməkdaşlıq formalarının təşviqini ehtiva edir. “İmzalanmış memorandumun ölkələrarası ticarət və aqrobiznes investisiyalarının təşviqinə mühüm töhfə verəcəyinə inanırıq”,-deyə Məcnun Məmmədov fikirlərini tamamlayıb.