Ədliyyə nazirinə yeni müşavir təyin edilib.
GDP xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.
Əmrə əsasən, Seyfəlpaşa Əliyev nazirin müşaviri vəzifəsinə təyinat alıb.
S.Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən indiki təyinatadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.