Brent markalı neftin bir barreli 81,55 dollara yüksəlib
GDP xəbər verir ki, neft qiymətləri cümə günü axşam saatlarında nisbətən yüksəlməyə başlayaraq ardıcıl dörd seans davam edən bir sıra enişi qıra bilib.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçersləri, Moskva vaxtı ilə saat 18:13-ə olan məlumata görə, 0,19 dollar və ya 0,23% bahalaşaraq bir barel üçün 81,55 dollar olub.
Nyu-York əmtəə birjasında iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,33 dollar 0,44% artaraq 77,21 dollar/barelə bərabər olub.