Bu gün WTI markalı neftin fyuçersləri əvvəlki sessiyada ucuzlaşdıqdan sonra bir barel üçün 79 dollara yaxın olub, çünki investorlar İran prezidentinin helikopter qəzasında ölməsindən sonra Yaxın Şərqdə baş verən hadisələri və Səudiyyə Ərəbistanı kralının səhhəti ilə bağlı yaranan narahatlıqları izləməyə davam ediblər.
GDP xəbər verir ki, bazarlar regiondan neft tədarükü ilə bağlı böyük narahatlıq siqnalları müşahidə etmir.
İnvestorlar həmçinin ehtiyatla OPEC-in iyunun 1-də hasilatın azaldılması qərarırının dəyişdirilməsi potensialının olduğu iclasını gözləyirdilər.
Ukraynanın Rusiya neftayırma zavodlarına hücumları və Qırmızı dənizdə Çinə gedən neft tankerinə husilərin raket zərbəsi endirməsi kimi son hadisələr qlobal neft tədarükü üçün risklər yaratmağa davam edir.