Neftin qiymətləri artmaqda davam edir.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri 0,49 dollar və ya 0,58%bahalaşaraq 85,49 dollar/barelə çatıb.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda avqust ayı üçün WTI fyuçerslərinin qiyməti bu vaxta qədər 0,43 dollar və ya 0,53% artaraq 1 barelə görə 81,97 dollar təşkil edib.
İyunun əvvəlindən etibarən hər iki brend bir ay əvvəlki enişdən bərpa olunaraq təxminən 6% bahalaşıb.
Neft qiymətləri Yaxın Şərqdə davam edən gərginlik, həmçinin OPEC+ ölkələrinin nümayəndələrinin bazar konyukturasından asılı olaraq hasilat planlarını düzəltməyə hazır olduqları barədə bəyanatları ilə dəstəklənir.
Trending
- Qlobal bazarlarda qarışıq dinamika: Neft bahalaşır, Bitcoin ucuzlaşır
- Dünyada LNG qıtlığı:Avropada qaz ehtiyatları rekord minimuma enib
- Maykl Börri fond bazarında mümkün çöküş barədə yenidən xəbərdarlıq edib
- Hakerlər Danimarka sakinlərinin məlumatlarının yer aldığı bazanı ələ keçiriblər
- Mikayıl Cabbarov: Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etdik
- SpaceX-in səhmləri 2 ticarət sessiyasında 15%-dən çox bahalaşıb
- S&P 500 tarixi maksimumunu yeniləyib
- Rabitəbankın ipoteka portfeli 200 milyon manatı ötüb

