Brent neftinin bir bareli 77,51 dollara satılır
Neft qiymətləri, fevralın əvvəlindən bəri ən aşağı səviyyəni saxlayaraq, əvvəlki beş sessiyada enişdən sonra çərşənbə günü stabilləşib.
GDP xəbər verir ki,Bakı vaxtı ilə saat 10:05-ə Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 77,51 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,01 dollar vəya 0,01% azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyul ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,02 dollar və ya 0,03% ucuzlaşaraq 73,23 dollar təşkil edib.