Brent markalı neftin bir barreli 82,2 dollara düşüb
GDP xəbər verir ki, ticarət zamanı Brent neftinin qiymətləri enməkdə davam edib. ABŞ-da yanacaq ehtiyatları ilə bağlı məlumatların dərc edilməsi bazara ciddi təsir göstərməyib.
Bakı vaxtı saat 17:48-də Brent markalı neftin iyul fyuçerslərinin kotirovkaları 0,68 dollar (0,8%) azalaraq 82,2 dollar/barelə bərabər olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul ayı fyuçerslərinin qiyməti bu vaxta qədər 0,64 dollar (0,8%) ucuzlaşaraq bir barelə görə 78,02 dollar təşkil edib.
Neftin qiyməti ardıcıl üçüncü seansdır ki, ucuzlaşır.