“NEQSOL Holdinq”in baş direktoru Yusif Cabbarov bu yaxınlarda Berlində Ukraynanın Bərpası Konfransında iştirak edib.
GDP xəbər verir ki, bu yüksək səviyyəli tədbir Ukraynanın iqtisadiyyatının bərpası və yenidən qurulması üçün beynəlxalq dəstəyin gücləndirilməsinə yönəlib.
Yusif Cabbarov bildirib: “”NEQSOL Holdinq”, texnologiya və innovasiya sektorunun önündə gedən “Vodafone Ukrayna”nın sahibi kimi Ukraynanın aparıcı investorlarından biridir, davamlı investisiya, böyümə planlarımız Ukraynanın bərpasına, dayanıqlığına və parlaq gələcəyinə yönəlib”.
“Biz bərpa prosesində həmrəyik və inanırıq ki, birlikdə daha güclüyük və buna görə də “NEQSOL Holdinq” Ukraynanın iqtisadi dirçəlişi üçün öz öhdəliyində dəyişməz olaraq qalır”, – deyə o əlavə edib.
Müəllif: Aynur Qəniyeva