Fransa hüquq-mühafizə orqanları bu gün səhər saatlarında streaming xidmətləri nəhəngi Netflix-in Fransa ofislərində genişmiqyaslı araşdırmalara start verib.
GDP xəbər verir ki, Marianne nəşrinin Milli Maliyyə Prokurorluğundan (PNF) aldığı rəsmi məlumata əsasən, əməliyyat vergi qanunvericiliyinin pozulması şübhələri ilə əlaqədar həyata keçirilir.
Əməliyyat çərçivəsində Milli Maliyyə Prokurorluğunun mütəxəssisləri və korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları şirkətin Fransadakı bölməsinin maliyyə sənədlərini hərtərəfli yoxlayırlar. İstintaq ağırlaşdırıcı şəraitdə mütəşəkkil dəstənin külli miqdarda maliyyə dələduzluğunda iştirak etməsi versiyası üzərində işləyir.
Hadisə ilə bağlı əlavə təfərrüatlar araşdırıldıqca ictimaiyyətə məlumat veriləcək.