Dünya bazarlarında süni intellektin yüksəlişi davam edir — Nvidia şirkəti investorların artan optimizmi ilə yenidən dünyanın ən dəyərli şirkəti statusunu qazanıb.
Nvidia-nın səhmləri çərşənbə axşamı 2.8% artaraq 141.22 dollara çatdı və şirkətin bazar dəyəri 3.45 trilyon dollara yüksəlib. Bu göstərici LinkedIn-in sahibi Microsoft-un 3.44 trilyon dollarlıq bazar dəyərini geridə qoyub.
2025-ci ilin aprel ayından bəri Nvidia-nın səhmləri 45%-dən çox artaraq şirkətin bazar dəyərinə 1 trilyon dollar əlavə etdi. Keçən həftə açıqlanan rüblük hesabatda isə Nvidia-nın gəlirləri 69% artaraq 44 milyard dollar səviyyəsinə çatıb.