“Rəqəmsal Ödənişlər İcmalı 2025” çərçivəsində Milli Ödəniş Sisteminin əsas iştirakçıları üzrə 2023-2025-ci illəri əhatə edən dövriyyə göstəriciləri təqdim olunub.
GDP xəbər verir ki,icmalda həm iştirakçıların say dinamikası, həm də ödəniş həcmləri üzrə müqayisəli statistika əksini tapıb.
AziPS Kommersiya bankları seqmentində 2023-cü ildə 1,225, 2024-cü ildə 1,378 iştirakçı qeydə alınıb. 2025-ci il üzrə göstərici isə 17 olaraq təqdim edilib. Ödəniş həcminə gəlincə, bu seqmentdə 2023-cü ildə 259,382 milyon manat, 2024-cü ildə 188,603 milyon manat, 2025-ci ildə isə 223,158 milyon manat həcmində dövriyyə reallaşıb.
AziPS Digər iştirakçılar kateqoriyasında iştirakçı sayı 2023-cü ildə 875, 2024-cü ildə 833, 2025-ci ildə isə 1,426 olub. Bu seqmentdə ödəniş həcmi mütəmadi artım nümayiş etdirərək 2023-cü ildə 413,030 milyon manat, 2024-cü ildə 466,587 milyon manat, 2025-ci ildə isə 492,967 milyon manat səviyyəsinə çatıb.
Mərkəzi Bank üzrə göstəricilərə əsasən, iştirakçı sayı 2023-cü ildə 20, 2024-cü ildə 16, 2025-ci ildə isə 17 təşkil edib. Ödəniş həcmi isə 2023-cü ildə 259,382 milyon manat, 2024-cü ildə 188,603 milyon manat, 2025-ci ildə 223,158 milyon manat olub.

