Close Menu
    What's Hot

    Samir Nəsirov: “Azərbaycanın cari əməliyyatlar balansında 2025-ci ildə 3.5 milyard dollar profisit qeydə alınıb”

    17 Mart 2026

    Ödəniş həcmi 840 mlrd. manatı keçdi: Milli Ödəniş Sistemində yeni rekord

    16 Mart 2026

    Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb

    16 Mart 2026
    Trending
    • Samir Nəsirov: “Azərbaycanın cari əməliyyatlar balansında 2025-ci ildə 3.5 milyard dollar profisit qeydə alınıb”
    • Ödəniş həcmi 840 mlrd. manatı keçdi: Milli Ödəniş Sistemində yeni rekord
    • Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
    • Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası
    • Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta kurslarla bağlı ehtiyatlı olmağa çağırıb
    • Mir Camal Paşayev:”2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
    • Goldman Sachs-dan ABŞ -İran müharibəsinin iqtisadiyyata təsiri ilə bağlı sərt proqnoz
    • Trampın “Əbədi Qəzəb” əməliyyatı başlayandan Dubay fond bazarı 20%-dən çox itki ilə üzləşib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Samir Nəsirov: “Azərbaycanın cari əməliyyatlar balansında 2025-ci ildə 3.5 milyard dollar profisit qeydə alınıb”

      17 Mart 2026
      Recent

      Samir Nəsirov: “Azərbaycanın cari əməliyyatlar balansında 2025-ci ildə 3.5 milyard dollar profisit qeydə alınıb”

      17 Mart 2026

      Ödəniş həcmi 840 mlrd. manatı keçdi: Milli Ödəniş Sistemində yeni rekord

      16 Mart 2026

      Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası

      16 Mart 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjası: “Monetar siyasətin yumşaldılması gəlirlilik əyrisinin aşağı enməsinə səbəb olub”

      13 Mart 2026

      Pərvanə Qasımova “CFİ Financial İnvestisiya Şirkəti” QSC ilə yanaşı bu investsiya fonduna da direktor təyin olunub

      12 Mart 2026

      Bakı Fond Birjasının rəhbəri Ruslan Xəlilov, ABŞ-da Azərbaycanın iqtisadi və maliyyə gələcəyinə dair panel müzakirələrində iştirak edib

      11 Mart 2026

      SOCAR-ın “yaşıl” istiqrazları üzrə 4-cü faiz ödənişi həyata keçirilib

      11 Mart 2026

      Qlobal maliyyə bazarlarında son vəziyyət

      16 Mart 2026

      Qlobal bazarlarda qarışıq dinamika: neft kəskin bahalaşdı, indekslər gerilədi

      13 Mart 2026

      Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub

      10 Mart 2026

      Brent nefti 92,89 dollara qədər ucuzlaşıb

      10 Mart 2026

      Bitcoin istehsal edən saat yaradıldı

      16 Mart 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      Qlobal maliyyə bazarlarında son vəziyyət

      16 Mart 2026

      Bitcoin istehsal edən saat yaradıldı

      16 Mart 2026

      Qlobal bazarlarda qarışıq dinamika: neft kəskin bahalaşdı, indekslər gerilədi

      13 Mart 2026

      Bakı Fond Birjası: “Monetar siyasətin yumşaldılması gəlirlilik əyrisinin aşağı enməsinə səbəb olub”

      13 Mart 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb

      16 Mart 2026
      Recent

      Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb

      16 Mart 2026

      Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta kurslarla bağlı ehtiyatlı olmağa çağırıb

      16 Mart 2026

      SOCAR “Palmali” Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəlib

      16 Mart 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Ödəniş həcmi 840 mlrd. manatı keçdi: Milli Ödəniş Sistemində yeni rekord
    Bank

    Ödəniş həcmi 840 mlrd. manatı keçdi: Milli Ödəniş Sistemində yeni rekord

    16 Mart 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Rəqəmsal Ödənişlər İcmalı 2025” çərçivəsində Milli Ödəniş Sisteminin əsas iştirakçıları üzrə 2023-2025-ci illəri əhatə edən dövriyyə göstəriciləri təqdim olunub.

    GDP xəbər verir ki,icmalda həm iştirakçıların say dinamikası, həm də ödəniş həcmləri üzrə müqayisəli statistika əksini tapıb.

    Mərkəzi Bankın “Rəqəmsal ödənişlər icmalı – 2025” buraxılışında bildirilir ki,2025-ci il ərzində Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə emal olunan əməliyyatların həcmi 840.9 mlrd. manat olmuş və ÜDM-in 6 mislini təşkil etmişdir. Gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil etmiş və bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 26% yüksələrək 99.1 mlrd. manat olmuşdur. Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü il ilə müqayisədə 3.4 faiz bəndi artaraq tarixi maksimuma çatmış və 67.6% olmuşdur.

    İstifadəçilərin innovativ ödəniş həllərinə uyğunlaşması sürətlə davam etmişdir. 2025-ci il ərzində “ApplePay” və “GooglePay” vasitəsilə aparılan ödənişlərin sayı 2024-cü illə müqayisədə 67%, həcmi isə 66% artmışdır. Hesabat dövründə istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilmişdir.

    İcmalda qeyd edilib ki, ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması çərçivəsində hesabat dövrü ərzində 3 elektron pul təşkilatı, 2 ödəniş təşkilatı və 1 operatora Mərkəzi Bank tərəfindən müvafiq lisenziyalar verilmişdir. 2025-ci ilin sonuna ödəniş bazarında 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 operator fəaliyyət göstərir.

    2025-ci il ərzində bank olmayan ödəniş xidməti təchizatçıları tərəfindən göstərilən xidmətlər üzrə əməliyyatların həcmi 62.8 mlrd. manat, o cümlədən elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının həcmi 19.7 mlrd. manat olmuşdur. Elektron pulun emissiyası ilə bağlı olmayan digər ödəniş xidmətləri üzrə əməliyyatların həcmi isə 43.1 mlrd. manat təşkil etmişdir.

    MİLLİ ÖDƏNİŞ SİSTEMİ

    Hesabat ilində MÖS-ün əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 840.9 mlrd. manat, ödənişlərin sayı isə 145.2 mln. ədəd olmuşdur

    AZIPS

    2025-ci il ərzində AZIPS vasitəsilə emal olunan əməliyyatların sayı 2.4 mln. ədəd, həcmi isə 784 mlrd. manat təşkil etmişdir. 2024-cü illə müqayisədə AZIPS vasitəsilə kommersiya bankları tərəfindən icra olunan əməliyyatların sayında 3.5%, həcmi üzrə isə 5.7% artım qeydə alınmışdı.

    XÖHKS

    XÖHKS vasitəsilə 2025-ci il ərzində 54.3 mlrd. manat həcmində 132.8 mln. ədəd ödəniş əməliyyatının klirinqi həyata keçirilmişdir.

    AÖS

    Milli Ödəniş Sisteminin ən müasir komponentlərindən biri olan və 7/24 rejimində fasiləsiz fəaliyyət göstərən AÖS vasitəsilə icra edilən əməliyyatların sayı 2024-cü illə müqayisədə 12.5 dəfə, həcmi isə 90.1% artmışdır

    2025-ci ildə Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə emal olunan ödənişlərin həcmi 2024-cü illə müqayisədə 6.6%, o cümlədən nağdsız ödənişlərin həcmi 9.3% artmışdır. Hesabat dövründə HÖP vasitəsilə 8.6 milyard manat həcmində 114.4 mln. ədəd ödəniş icra olunmuşdur. Bu ödənişlərin say üzrə 79.2%-i (90.9 mln. ədəd), həcm üzrə isə 73.1%-i (6.3 mlrd. manat) nağdsız formada aparılmışdır.

    Ölkədə emissiya olunan ödəniş kartlarından istifadə olunmaqla xidmət mərkəzləri arasında aparılan əməliyyatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi məqsədilə yaradılmış Banklararası Kart Mərkəzinin (BKM) fəaliyyətinin davamlılığı təmin edilmişdir. 2025-ci il ərzində BKM üzərindən 872 mln. kart əməliyyatı aparılmış, milli valyutada əməliyyatların həcmi 40.3 mlrd. manat, xarici valyutada isə 79.8 mln. ABŞ dolları və 23.6 mln. avro təşkil etmişdir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Samir Nəsirov: “Azərbaycanın cari əməliyyatlar balansında 2025-ci ildə 3.5 milyard dollar profisit qeydə alınıb”

    17 Mart 2026

    Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası

    16 Mart 2026

    Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib

    12 Mart 2026

    Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

    12 Mart 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.