2024-cü ilin may ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2%, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2% artıb.
GDP xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb
Komitədən bildirilib: “May ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma şəxsi gigiyena məmulatlarının, sementin, yay geyimlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib”