“Ümid edirik ki, sərgidə iştirak edən şirkətlər satış göstəricilərini daha da genişləndirə biləcəkdir“
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi”ndən deyib.
O bildirib: “İlk növbədə, ümid edirik ki, sərgidə iştirak edən şirkətlər satış göstəricilərini daha da genişləndirə biləcəkdir. Ötən ilin statistikasına əsasən KOB sektoru üzrə dövriyədə artım müşahidə edilir.
Orxan Məmmədov əlavə edib. Ölçülə bilən digər bir gözlənti iştirakçı şirkətlərin inkişaf etməsi və böyüməsidir. Ötən illərin rəqəmləri burada müsbət dinamikanın olduğunu göstərir. Nəhayət, ümid edirəm ki, sərgi təkcə yerli deyil, həmçinin, xarici bazarlarda da Azərbaycanı uğurla təmsil edə biləcək yeni KOB brendlərinin formalaşmasına töhfə verəcəkdir. Biz bugünkü sərgiyə beynəlxalq şirkətlərin, xarici biznes təşkilatlarının və assosiasiyaların nümayəndələrini də dəvət etmişik. Məqsədimiz onların vasitəsilə yerli şirkətlərimizin xarici auditoriyaya tanıdılmasına imkan yaratmaqdır”.