2025-ci il mayın 23-də saat 11:00-da “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
GDP xəbər verir ki, yığıncaq, Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi 60 ünvanında yerləşən təşkilatın baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyində əsas məsələ olaraq “Para” BOKT ASC-nin Müşahidə Şurasının tərkibinin müəyyən edilməsi nəzərdə tutulur. Yığıncaqda şirkətin gələcək inkişafı və idarəetmə strukturu ilə bağlı vacib qərarların qəbul olunacağı gözlənilir.
Səhmdarlara yığıncaqda iştirak etmək üçün dəvət göndərilib və müzakirə mövzuları barədə əlavə məlumatlar təqdim edilib.