Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin 5 illiyi qeyd olunur. Bu şərəfli gün böyük qürur və minnətdarlıqla xatırlanır.
PAŞA Bank ASC-nin Baş İcraçı Direktoru Cavid Quliyev bu münasibətlə fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu Zəfər Azərbaycan xalqının birliyinin, sarsılmaz iradəsinin və azadlıq sevgisinin canlı nümunəsidir.
“Bu şanlı yolun bir parçası olmaq şərəfinə sahib olan PAŞA Bank ailəsinin üzvləri ilə fəxr edirik. Onlar döyüş meydanında göstərdikləri qəhrəmanlıqla bu qələbənin canlı simvollarına çevrildilər” – deyə Cavid Quliyev qeyd edib.
O, vurğulanıb ki, bu gün qalib Azərbaycanın adı sülhün, yenilənmənin və inkişafın simvoludur. Bank özünü “qalib xalqın bankı” adlandıraraq, ölkənin iqtisadi dirçəlişinə, azad edilmiş torpaqların bərpasına və yeni sahibkar nəslinin formalaşmasına töhfə verməyi öz borcu sayır.
Cavid Quliyev həmçinin qeyd edib ki, bu gün həm qürur, həm məsuliyyət, həm də gələcəyə inam günüdür. Şəhidlərin xatirəsi anılır, qazilərə və vətən üçün çalışan hər kəsə təşəkkür edilir.

