Azərbaycanda vergi daxilolmalarına görə ən çox vergi ödəyən şirkətlərin siyahısı açıqlanıb.
GDP xəbər verir ki, Dövlət Vergi Xidmətinin yaydığı rəsmi məlumata əsasən, 2025-ci ildə büdcə təşkilatları istisna olmaqla, ən çox vergi ödəyən 100 vergi ödəyicisi arasında “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti də qeyd olunub.
Sığorta şirkəti 19,7 milyon manat vergi ödəməklə siyahıda 71-ci sırada qərarlaşıb. Diqqətçəkən məqam odur ki, “PAŞA Həyat Sığorta” ilk yüzlükdə yer alan yeganə sığorta şirkətidir.
Qeyd edək ki, siyahıya ümumilikdə neft-qaz şirkətləri, banklar, telekom operatorları, tikinti və ticarət müəssisələri daxildir. “PAŞA Həyat Sığorta”nın bu siyahıda olması sığorta sektorunun dövlət büdcəsinə verdiyi töhfənin göstəricisi kimi dəyərləndirilir.

