“PAŞA Həyat” növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
GDP xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxs səhəttində yaranan problem nəticəsində vəfat edib.
Vəfat edən şəxs əvvəlcədən”PAŞA Həyat” sığorta şirkətində sığortalanıb. Həmin şəxsin götürdüyü İpoteka krediti üzrə 56 min 57 manat qalıq borc “PAŞA Həyat” tərəfindən kreditin götürüldüyü banka ödənilib.
Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən 2024-cü ilin əvvəlindən indiyədək ümumi kredit götürən şəxslər üçün həyat sığortası üzrə 211 min 648 manat ödəniş həyata keçirilib.