Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
GDP xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, B.Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Ağdam rayonun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, daha sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub.
İndiki təyinata qədər isə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb.