Qazaxıstan Mərkəzi Bankı bu il üçüncü dəfə baza dərəcəsini azaldıb – 14,5%-dən 14,25%-ə endirib.
GDP xəbər verir ki, baza (əsas) faiz dərəcəsi kommersiya banklarının Mərkəzi Bankdan borc ala biləcəyi faizdir. Onu alan kommersiya bankları artıq bu pulları şirkətlərə və vətəndaşlara öz faizləri ilə borc verirlər ki, bu da Mərkəzi Bankın faizindən bir qədər yüksəkdir.