“Nestle” son bir il ərzində dəyərinin 7% – 20,8 milyard dollar azalmasına baxmayaraq, artıq yeddinci ildir ki, qida brendlərinin qlobal reytinqində liderdir.
GDP xəbər verir ki, “The Lay’s” brendi 9% (12 milyard dollara qədər) artımla keçən ilki üçüncü yerdən reytinqdə ikinci yerə yüksəlib. O, dəyəri 6% (11,6 milyard dollara qədər) azalan Çin brendi Yili-ni üçüncü yerə “atıb”.
Amerika brendi Tyson (-5,2%, 8,27 milyard dollar) Fransanın Danone brendini keçərək (-10,2%, 8,03 milyard dollar) beşinci yerdən dördüncü yerə yüksəlib.
Reytinqdə yer alan 100 brenddən 43-ü Amerika, 12-si Çin, 6-sı Yapon markasıdır. İsveçrə, İtaliya, Hindistan və Almaniyanın hər birinin dörd, Kanada və Böyük Britaniyanın isə üç təmsilçisi var.