Bu gün birjalarda qızılın 1 unsiyası 2,430 ABŞ dollarından baha ticarət olunmağa başlayıb.
GDP xəbər verir ki, qızıl qlobal birjalarda Federal Ehtiyat Sistemi(FED)-in faiz dərəcəsinin azaldılması, güclü mərkəzi bank satınalmaları və təhlükəsiz liman tələbi ilə bağlı artan spekulyasiyalarla dəstəklənən yeni rekorda doğru irəliləyir.
ABŞ dollarından asılılığını azaltmağa çalışan Çinin addımları güclü qızılın dəyər qazanmasınıı daha da dəstəkləyir.