Amerika Birləşmiş Ştatlarında gözlənilən prezident seçkiləri ərəfəsində qlobal qızıl bazarında tələbat tarixi rekord həddə çatıb.
GDP xəbər verir ki, Dünya Qızıl Şurasının məlumatına əsasən, qızıla olan tələbat ilk dəfə olaraq 100 milyard dollar səviyyəsini keçib.
Qurumun hesabatında qeyd olunur ki, 2024-cü ilin iyul-sentyabr ayları ərzində qlobal qızıl alışları ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artım qeydə alınıp. Bu artımın əsas səbəbi kimi dünyada artan geosiyasi gərginlik və qeyri-müəyyənlik göstərilir.
İnvestorların təhlükəsiz liman axtarışı nəticəsində qiymətli metalın bir unsiyasının dəyəri bu həftə yeni rekord müəyyənləşdirərək 2779 dollar səviyyəsinə yüksəlib.
Bazarın təhlilçiləri qeyd edirlər ki, ABŞ-da gözlənilən prezident seçkiləri ərəfəsində qeyri-müəyyənliyin daha da artması qızılın qiymətinin yüksəlməsində əsas faktorlardan biri olub.