2024-cü ilin əvvəlindən bu günə qədər Radiotezliklər üzrə Dövlət Komissiyasına 25 müraciət daxil olub.
GDP xəbər verir ki, onlardan 11-i radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü simsiz giriş şəbəkələri, 4-ü gəmilərdə istifadə edilən radio avadanlıqlar, 5-i GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi üçün radiotezliklərin ayrılması ilə bağlı olub. 1 müraciət isə hüquqi şəxsin adında dəyişikliklə əlaqədar edilib.
Dövlət Komissiyasının iclasında 19 müraciət müsbət cavablandırılıb və müvafiq icazələr verilib. 5 müraciətçiyə isə alternativ tezlik resurslarından istifadə etmək təklif edilib.