İqtisadi İnkişaf Nazirliyi 2024-cü ildə neft və qaz ixracı proqnozunu artırıb
GDP xəbər verir ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi 2024-cü il üçün neft və qaz ixracı üzrə proqnozunu 17,4 milyard dollar artıraraq 239,7 milyard dollara çatdırıb.
Belə ki, nazirlik bu il Rusiya neftinin orta ixrac qiymətinin 70 dollar/barelə yüksələcəyini gözləyir ki, bu da aprel ayı üzrə proqnozdan 5 dollar yüksəkdir. Qaz ixrac qiymətləri ilə bağlı proqnoz həm Avropa, həm də Çin üçün də artırılıb.