Reuters agentliyinin yaydığı məlumata görə, Rusiyanın neft vergilərindən əldə etdiyi əsas gəlirin aprel ayında iki dəfə artaraq təxminən 9 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
GDP xəbər verir ki,bu kəskin artımın əsas səbəbi İranla müharibə fonunda qlobal neft qiymətlərinin bir barel üçün 100 dollar həddini keçməsidir. Qiymətlərin qalxması Moskvanın büdcə gəlirlərini əhəmiyyətli dərəcədə yüksəldib.

