Səudiyyə Ərəbistanı iyul ayında neft hasilatını 1,3% artırıb
GDP xəbər ki, Səudiyyə Ərəbistanı 2024-cü ilin iyul ayında iyun ayı ilə müqayisədə neft hasilatını 1,3% artırıb, ixracı isə 5,1% azaldıb.
İxracın həcmi iyunda gündəlik 6,047 milyon barellə müqayisədə sutkada 5,741 milyon barel təşkil edib. Bununla belə, bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 11,1% azdır.
Səudiyyə Ərəbistanının iyulda neft hasilatı iyunda gündəlik 8,83 milyon barellə müqayisədə 8,941 milyon barel olub. İllik ifadədə isə bu göstərici 0,8% azalıb.