Azərbaycanda dövlət maliyyəsinin rəqəmsallaşdırılması nəticəsində növbəti illərdə dövlət büdcəsinin təqribən 60%-nin elektron proqnozlaşdırma əsasında hazırlanması hədəflənir.
GDP xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, elektron mühasibat, elektron müqavilə və elektron xəzinə sistemlərinin əlaqələndirilməsi məlumat əsaslı büdcə planlaşdırılmasına imkan yaradacaq. Dövlət aktivlərinin vahid reyestrinin formalaşdırılması da bu prosesdə mühüm rol oynayacaq.
Sahil Babayev qeyd edib ki, məqsəd ayrı-ayrı xidmətlərin elektronlaşdırılması ilə yanaşı, dövlət maliyyə xidmətlərinin vahid rəqəmsal ekosistemdə birləşdirilməsidir.

