Salvador Prezidenti ölkənin vulkanlarını kripto valyuta mayninqi üçün icarəyə verməyi planlaşdırır.
GDP xəbər verir ki, bu addım ölkənin kripto valyuta sahəsində innovativ strategiyasının davamıdır.
Artıq ölkə tək bir geotermal elektrik stansiyasında 46 milyon dollar dəyərində bitkoin hasil edib. Bu uğurlu təcrübədən sonra hökumət ölkə ərazisindəki 170 vulkanın potensialından istifadə etməyi hədəfləyir.
Salvadorun vulkanlardan əldə edilən geotermal enerjidən istifadə etməklə kripto mayninqi həyata keçirməsi həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli həll kimi qiymətləndirilir. Geotermal enerji bərpa olunan və təmiz enerji mənbəyi hesab edilir.
Xatırladaq ki, Salvador 2021-ci ildə bitkoini rəsmi ödəniş vasitəsi kimi qəbul edən ilk ölkə olub.