Sentyabrın 7-8-də Dövlət Turizm Agentliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində III Üzüm və Şərab Festivalı keçiriləcək.
GDP xəbər verir ki, festival yerli üzümçülüyün və şərabçılığın populyarlaşdırılması, şərab məhsullarının ixrac potensialının artırılması, geniş ictimaiyyəti Azərbaycanda üzümçülük və şərabçılığın tarixi və bu sahədə görülən işlər ilə tanış etmək məqsədi ilə keçirilir.
Festivalda iştirak etmək istəyənlər üçün Bakıdan Meysəriyə marşrutlar təşkil olunacaq