2025-ci ili ərzində Azərbaycanın cari əməliyyatlar balansı 3.5 milyard ABŞ dolları profisitlə nəticələnib.Cari əməliyyatlar balansında ötən il 5milyard dollarlıq kəsir yaranıb.Eyni zamanda hesabat dövründə strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb,
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə məlumat verib.
S. Nəsirov bildirib ki, cari əməliyyatlar balansında ÜDM-in 4.6%-i yaxud 3.5 milyard dollar səviyyəsində profisit qeydə alınıb ki, bu da makroiqtisadi sabitlik baxımından əhəmiyyətli haldır.

