Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının gəliri üçüncü rübdə 17% artaraq 57,4 milyard dollar təşkil edib, xalis mənfəət isə analitiklərin proqnozlarından bir qədər yaxşı olub.
GDP xəbər verir ki, smartfonlar və digər istehlak cihazları bölməsi rübü yaxşı başa vurub, gəliri 11%, əməliyyat mənfəəti isə 26% artıb. Şirkət həmçinin süni intellekt sistemləri üçün qabaqcıl çiplərin “satış artımına yaxın olduğunu” açıqlayıb. Eyni zamanda, Samsung yarımkeçiricilər istehsalı bölməsinin rüblük gəlirinin 40% azaldığını bildirdi.
Samsung-un rüblük nəticələrini dərc etdikdən sonra onun səhmləri 2% bahalaşıb.