2024-cü ilin yanvar-may dövründə Azərbaycanın 17 sığorta şirkəti tərəfindən 643 milyon 754 min manat sığorta haqları hesablanıb, 274 milyon 837 min manat sığorta ödənişləri verilib.
GDP xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Məlumatda bildilir: ” 2023-cü ilin eyni dövründə sığorta şirkətləri tərəfindən 566 milyon 434 min manat sığorta haqları hesablanmış, 174 milyon 436 min manat sığorta ödənişləri həyata keçirilmişdi.”
Beləliklə, 2024-cü ilin ilk 5 ayında ötən ilin ilk 5 ayı ilə müqayisədə hesablanmış sığorta haqları 77 milyon 320 min manat və ya 13,6%, sığorta ödənişləri isə 100 milyon 401 min manat və ya 57,6% artıb.