Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833 milyon 581 min manat sığorta haqqı toplanılıb.
GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440 milyon 192 min manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.