SOCAR-ın dövlət büdcəsinə 1,75 milyard manat vergi ödəyəcəyi gözlənilir.
GDP xəbər verir ki, 2026-cı ildə SOCAR-ın dövlət büdcəsinə ödəyəcəyi vergilərin 1 milyard 750 milyon manat təşkil edəcəyi gözlənilir.
Maliyyə Nazirliyinin məlumatına görə, bu məbləğ neft-qaz sektoru üzrə gözlənilən vergi daxilolmalarının 41,2%-nə bərabərdir.
Bundan başqa, Azəri-Çıraq-Günəşli layihəsi üzrə podratçı təşkilatlardan 500 milyon manat, “Şahdəniz” layihəsi üzrə podratçılardan isə 2 milyard manat mənfəət vergisinin daxil olacağı proqnozlaşdırılır.

