Kanadalı milyarder Stiven Smitin “Smith Financial” ailə şirkəti, “The Economist Group”un 26,9% səhminin Linn Forester de Rotşild və ailəsindən alınması barədə razılığa gəlib.
GDP xəbər verir ki, “Financial Times”ın məlumatına görə, sövdələşmənin dəyəri təxminən 300 milyon funt-sterlinq (400 milyon dollardan çox) təşkil edir.
”The Economist” nəşri satışı təsdiqləsə də, prosesin yekunlaşması üçün qəyyumlar və direktorlar şurasının rəsmi razılığı tələb olunur. Bu addım nəşrin mülkiyyət strukturunda son illərin ən böyük pay dəyişikliklərindən biri hesab olunur.

