“Ölkədə maliyyə institutlarının və maliyyə bazarlarının sabitliyini təmin etməklə yanaşı, həm də dayanıqlı iqtisadi inkişaf üçün maliyyə əlçatanlığının artırılmasının prioritet olmasını diqqətə çatdırdım.”
GDP xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu”nda çıxışı barədə məlumat verərkən qeyd edib.
Taleh Kazımov bildirib: “Bu gün “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu”nda çıxış etməkdən çox məmnun oldum. Çıxışımda milli iqtisadiyyatın transformasiyası üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən nəzərdə tutulan təşəbbüsləri vurğuladım. Ölkədə maliyyə institutlarının və maliyyə bazarlarının sabitliyini təmin etməklə yanaşı, həm də dayanıqlı iqtisadi inkişaf üçün maliyyə əlçatanlığının artırılmasının prioritet olmasını diqqətə çatdırdım.”
Mərkəzi Bank sədri fikirlərinin sonunda qeyd edib : “İnanıram ki, bu forum qlobal çağırışa qarşı mübarizə çərçivəsində əməkdaşlıq və kollektiv fəaliyyət baxımından effektiv bir platforma rolunu oynayacaqdır.”