Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.
GDP xəbər verir ki, görüş zamanı bank sektorunun cari vəziyyəti, qarşıda duran çağırışlar, eləcə də sektorun inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin bank sektorunun cari ilin ikinci rübü üzrə göstəriciləri, son makroiqtisadi meyillər və ümumilikdə gündəmdə olan digər mühüm məsələlər müzakirə edilib.