“Ötən ilin noyabr ayında artırılan məcburi ehtiyat normalarının artırılmasının kredit fazilərinə təsirini görmürük.”
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfrasında deyib.
O bildirib: “Məcburi ehtiyat normalarının artırılması ilə bağlı qərardan 6 aydan çox vaxt keçib. Hər dəfə məcburu ehtiyat normaları ilə bağlı dəyişiklik ediləndə biz faizlərə potensial təsirini qeyd edirik. Biz bəzi istiqamətlərdə fazilərin cüzi artımını müşahidə edirik. Onun da səbəbi məcburi ehtiyat normalarının artırılması deyil,profisitli büdcə hesabına hökümət hesablarında vəsaitlərin,likvidliyin artması olub. Məcburi ehtiyat normalarının artırılması bazarda olan likvidliyə azaldıcı təsir göstərib.”
Taleh Kazımov əlavə edib ki, biz ona görə də sterilizasiya əməliyyatlarımızı bazarda likvidliyin tarazlaşması üçün azalatmışıq. “Ötən ilin noyabr ayında məcburi ehtiyat normalarının artırılmasının kredit fazilərinə təsirini görmürük.Əksinə düşünürük ki. artıq III və IV rübdə büdcə xərcləri icra olunduqca bazarda likvidlik artacaq.Etimal var ki, biz öz sterilizasiya əməliyyatlarımızı yenidən artırmalı olacağıq.”