“Azərbaycanın “AzeriCard” və “MilliKart” prosessinq mərkəzləri Rusiyanın “Mir” kartını qəbul etmir.”
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov jurnalistlərə açıqlamasında deyib.
Eyni zamanda, Taleh Kazımov tənzimləyicinin bu kartı qəbul etməyə təşviq etmədiyini, lakin heç kimə qadağa qoymadığını vurğulayıb.
“Bu, ölkədəki hər bir maliyyə qurumunun sırf kommersiya biznesi ilə bağlı qərarıdır, amma əminliklə deyə bilərəm ki, “Mir” kartı “AzeriCard” və “MilliKart” ekvayrinq şəbəkəsində qəbul edilmir”.
Qeyd: Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin daha əvvəl bildirmişdi ki, Azərbaycanda “Mir” kartları tədricən dövriyyəyə buraxılmağa başlayıb.