“Card to card” əməliyyatlarının biznes subyektləri tərəfindən vergidən yayınma aləti kimi istifadə olunması bizi də narahat edir.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi bankının İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
O bildirim: “Bu istiqamətdə banklarla birgə sıx çalışırıq və Dövlət Vergi Xidməti ilə də müzakirələrimiz gedir. Bu tək Azərbaycanda deyil misal üçün qonşu ölkələrdə də bu çox geniş yayılmış praktikadır. “Card to card” əməliyyatlarının biznes subyektləri tərəfindən vergidən yayınma aləti kimi istifadə olunmasının qarşısının alınması üçün həll yolları üzərində çalışıq.”