Close Menu
    What's Hot

    Taleh Kazımov:”Mərkəzi Bankın tətbiq etdiyi tələblər bazara sərtlik deyil, ədalətlilik gətirib”

    04 Fevral 2026

    Azərbaycanın dövlət zəmanətli borcunun 84 %-i xarici kreditlərdir

    04 Fevral 2026

    Taleh Kazımov:”Uçot dərəcəsinin yumşaldılması depozit və kredit faizlərində azalma yaradıb”

    04 Fevral 2026
    Trending
    • Taleh Kazımov:”Mərkəzi Bankın tətbiq etdiyi tələblər bazara sərtlik deyil, ədalətlilik gətirib”
    • Azərbaycanın dövlət zəmanətli borcunun 84 %-i xarici kreditlərdir
    • Taleh Kazımov:”Uçot dərəcəsinin yumşaldılması depozit və kredit faizlərində azalma yaradıb”
    • Mərkəzi Bank: “İnflyasiya hədəf intervalı daxilində qalmaqda davam edir”
    • Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin bütün parametrlərini 0,25 faiz bəndi azaldıb
    • Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib
    • Azərbaycanda pul bazası yanvarda 75,1 mln manat artıb – 22,55 mlrd manata yüksəlib
    • Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları yanvarda 0,4% artıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Taleh Kazımov:”Mərkəzi Bankın tətbiq etdiyi tələblər bazara sərtlik deyil, ədalətlilik gətirib”

      04 Fevral 2026
      Recent

      Taleh Kazımov:”Mərkəzi Bankın tətbiq etdiyi tələblər bazara sərtlik deyil, ədalətlilik gətirib”

      04 Fevral 2026

      Taleh Kazımov:”Uçot dərəcəsinin yumşaldılması depozit və kredit faizlərində azalma yaradıb”

      04 Fevral 2026

      Mərkəzi Bank: “İnflyasiya hədəf intervalı daxilində qalmaqda davam edir”

      04 Fevral 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      ABB İnvest-in 2025-ci ildə ümumi dövriyyəsi 35% azalıb, repo və səhm ticarətində bazar payını itirib– ticarət strategiyasını köklü şəkildə dəyişib

      13 Yanvar 2026

      Qızıl son 30 sessiyada volatillik baxımından bitkoini geridə qoyub

      02 Fevral 2026

      Qiymətli metalların dəyərində sərt eniş qlobal bazarlarda risk iştahasını azaldır – səhmlər, kriptovalyutalar və xammal təzyiq altındadır

      02 Fevral 2026

      Gümüş rekord səviyyədə ucuzlaşmadan sonra 13% dəyər itirib

      02 Fevral 2026

      Citi analitikləri 2026-cı ilin sonuna doğru qızıl qiymətlərinin azalacağını proqnozlaşdırırlar

      02 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Deutsche Bankın analitikləri: Bitcoin qızılın tarixi yolunu təkrarlayır və Mərkəzi Bankların ehtiyatlarında yer ala bilər

      25 Sentyabr 2025

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      Qızıl son 30 sessiyada volatillik baxımından bitkoini geridə qoyub

      02 Fevral 2026

      Qiymətli metalların dəyərində sərt eniş qlobal bazarlarda risk iştahasını azaldır – səhmlər, kriptovalyutalar və xammal təzyiq altındadır

      02 Fevral 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycanın dövlət zəmanətli borcunun 84 %-i xarici kreditlərdir

      04 Fevral 2026
      Recent

      Azərbaycanın dövlət zəmanətli borcunun 84 %-i xarici kreditlərdir

      04 Fevral 2026

      Microsoft hesabatı:Süni intellekt Azərbaycanda nə qədər yayılıb?

      03 Fevral 2026

      “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

      02 Fevral 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Taleh Kazımov:”Uçot dərəcəsinin yumşaldılması depozit və kredit faizlərində azalma yaradıb”
    Bank

    Taleh Kazımov:”Uçot dərəcəsinin yumşaldılması depozit və kredit faizlərində azalma yaradıb”

    04 Fevral 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib ki, uçot dərəcəsinin dəyişdirilməsi bank sektorunda kredit və depozit faizlərinə artıq təsir göstərməyə başlayıb.

    Onun sözlərinə görə, AMB 2024-cü ildən etibarən yeni monetar siyasətin tətbiqinin son mərhələsinə keçib. Bu çərçivədə likvidliyin örtülməsi əmsalı və məcburi ehtiyat normalarının son versiyası tətbiq olunub. Nəticədə 2024-cü ildən pul bazarında aktiv genişlənmə müşahidə edilir və bu prosesin bank sektorunda depozit və kredit faizlərinə təsiri davamlı şəkildə qiymətləndirilir.

    Taleh Kazımov qeyd edib ki, son 6 ayda AMB uçot dərəcəsini yumşaltma istiqamətində addımlar atıb və bu, faiz göstəricilərində azalma ilə müşayiət olunub. Belə ki, fiziki şəxslərin manatla yeni açılmış müddətli depozitləri üzrə orta faiz dərəcəsi 0,11 faiz bəndi azalaraq 9,5%-ə enib. Hüquqi şəxslərin yeni müddətli depozitləri üzrə orta faiz isə 0,78 faiz bəndi azalaraq 5,87%-ə düşüb.

    Kredit bazarında da oxşar dinamika qeydə alınıb. Fiziki şəxslərə manatla yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 0,48 faiz bəndi azalaraq 20,99%-ə, hüquqi şəxslərə verilmiş manat kreditləri üzrə orta faiz isə 0,91 faiz bəndi azalaraq 12,19%-ə enib. AMB sədri vurğulayıb ki, faizlərdə azalma meyli müşahidə olunsa da, uçot dərəcəsinin tam təsirinin görünməsi üçün müəyyən vaxt tələb olunur.

    Mətbuat konfransında məzənnə dinamikasına da toxunan Taleh Kazımov bildirib ki, 2025-ci ildə dollar indeksi təxminən 9–9,2% zəifləyib. Qeyri-neft ticarət çəkilərinə əsaslanan hesablamalara görə, Azərbaycanın nominal effektiv məzənnəsi təxminən 5,2%, real effektiv məzənnəsi isə 7%-dən çox ucuzlaşıb.

    AMB sədri izah edib ki, real effektiv məzənnədə daha güclü ucuzlaşma xarici ölkələrdə inflyasiyanın Azərbaycana nisbətən daha yüksək olması ilə bağlıdır. Bu səbəbdən həm nominal, həm də real effektiv məzənnələr üzrə möhkəmlənmə deyil, ucuzlaşma və yaxşılaşma müşahidə edilir.

    Onun sözlərinə görə, bu dinamika dollar indeksindəki dəyişikliklərlə paralellik təşkil edir. Qeyri-neft sektorunda azalma, eləcə də nominal effektiv məzənnədə geriləmə mövcuddur. AMB nominal və real effektiv məzənnələrin hesablanmasında daha çox qeyri-neft və qaz idxalı üzrə əsas ticarət tərəfdaşlarını nəzərə alır. Bu yanaşma idxaldan yüksək asılılıq fonunda ölkə daxilində qiymət dinamikasının daha dəqiq qiymətləndirilməsinə imkan verir.

    Müəllif:Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Taleh Kazımov:”Mərkəzi Bankın tətbiq etdiyi tələblər bazara sərtlik deyil, ədalətlilik gətirib”

    04 Fevral 2026

    Mərkəzi Bank: “İnflyasiya hədəf intervalı daxilində qalmaqda davam edir”

    04 Fevral 2026

    Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin bütün parametrlərini 0,25 faiz bəndi azaldıb

    04 Fevral 2026

    Azərbaycanda pul bazası yanvarda 75,1 mln manat artıb – 22,55 mlrd manata yüksəlib

    03 Fevral 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.