TikTok sosial şəbəkəsinin sahibi olan Çinin ByteDance şirkəti 9,5 milyard dollar dəyərində üç illik bank krediti cəlb etmək prosesindədir.
GDP xəbər verir ki, bu məlumat təsdiqlənərsə, bu, Yaponiya istisna olmaqla, Asiyada ən böyük korporativ dollar krediti olacaq.
Kreditin şərtləri “grinshoe” opsionunu nəzərdə tutur ki, onun həyata keçirilməsi borclanma məbləğinin artmasına imkan verəcək. Kreditin müddəti beş ilə qədər artırıla bilər.
Kreditin cəlb prosesinin koordinatorları Citigroup Inc., Goldman Sachs Group və JPMorgan Chase & Co. banklarıdır.