ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin gələcək siyasi kursunun əsas istiqamətlərini açıqlayıb.
GDP xəbər verir ki,o, bundan sonra müharibələrin dayandırılacağını vəd edib.
“Bizim kursumuz 180 dərəcə dəyişəcək. Biz bunu hər yerdə, bütün sahələrdə edəcəyik və bu, amerikalıların öz ölkələrində nəzarəti yenidən ələ alacağı dövr olacaq”, – deyə Tramp bildirib.
Yeni prezident həmçinin Amerikanı “yenidən sağlam edəcəyini” vəd edib. O, vergilərin azaldılacağını və ABŞ-ın Səudiyyə Ərəbistanı və Rusiyadan daha çox neft ehtiyatına malik olduğunu qeyd edib.