Tramp seçki kompaniyasının şüarı olan “Amerikani yenidən böyük edək” yazılı eksklüziv gitaralar satışa çıxarıb
GDP xəbər verir ki, keçmiş ABŞ prezidenti Donald Tramp öz seçki kompaniyasının məşhur şüarı olan “Amerikani yenidən böyük edək” yazısı olan eksklüziv elektro gitaralar buraxıb.
Məhdud sayda – təxminən 1,3 min ədəd hazırlanan bu gitaraların qiyməti 1000 dollardan başlayır. Trampın şəxsən imzaladığı eksklüziv gitaralar isə 10-10,5 min dollar intervalında qiymətləndirilir.
Məhsulun satışa çıxarılması siyasi liderin seçki kampaniyasına dəstək və maliyyə dəstəyi məqsədi daşıyır.”