Trampın keçid komandası Bayden administrasiyasının elektromobillərə tətbiq etdiyi 7500 dollar məbləğində vergi güzəştini ləğv etməyi planlaşdırır.
“Tesla”nın rəhbəri İlon Mask bu ilin əvvəlində bəyan etmişdi ki, bu subsidiyanın ləğvi “Tesla” satışlarına təsir göstərə bilər, lakin elektromobil bazarındakı “General Motors” kimi rəqiblərini müflis vəziyyətinə sala bilər.