Donald Tramp İran neftinə sahib olmaq istədiyini bildirib.
GDP xəbər verir ki,o, potensial addımı Venesuela ssenarisi ilə müqayisə edib – burada ABŞ prezident Nikolas Maduronu ələ keçirdikdən sonra neft sənayesinə “qeyri-müəyyən müddətə” nəzarət etməyi planlaşdırır.
“Düzünü desəm, mənə ən çox İran neftinə sahib olmaq variantı xoş gəlir, lakin ABŞ-da bəzi axmaq adamlar deyir: ‘Bunu niyə edirsiniz?’ Amma bunlar axmaq adamlardır”, – deyə Amerika prezidenti bildirib.
O, həmçinin İranın Xərq adasını ələ keçirmək imkanından danışıb və adada heç bir müdafiənin olmadığını, ABŞ silahlı qüvvələrinin ərazini asanlıqla ələ keçirə biləcəyini ehtimal edib.

