Trampın qələbəsi Maskın Çin maraqlarını gücləndirə bilər
GDP -nin məlumatına görə, Bloomberg xəbər verir ki, Elon Mask ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi halında Çin lideri Si Cinpinin “nüfuzlu dostu” ola bilər. Tesla avtomobil şirkətinin rəhbəri artıq Çində xarici şirkətlərə nadir hallarda verilən vergi güzəştləri əldə edib və bu ilin yayında Tesla ilk dəfə Çinin dövlət satınalmaları siyahısına daxil edilib.
Bloomberg-un sahibinin Harris-i dəstəklədiyi bir vaxtda, Amerika mediasının 90%-i Tramp və onun tərəfdarlarına qarşı mənfi mövqe nümayiş etdirir.
Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı Çinlə əlaqələrin azaldılacağını vəd edib.